fbpx

Tiktoker Ləman Aygün Bəylərin ailəsindən üzr istədi

Tiktoker Ləman Aygün Bəylərin ailəsindən üzr istədi – VİDEO

Tiktoker Ləman canlı yayımda mərhum Əməkdar artist Aygün Bəylər haqda işlətdiyi nalayiq ifadəsinə görə üzr istəyib.

BEY.AZ Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə o, paylaşım edərək mərhum sənətkarın ailəsindən və fanatlarından üzr istəyib.

Tiktoker həmin görüntülərin 4 ay öncəyə aid olduğunu bildirib.

Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət etmişdi.

A. Bəylərin ailəsi onun rəsmi instaqram hesabında məsələyə münasibət bildirib və daxili işlər nazirinə müraciət edib: “Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Cənab nazir Vilayət Eyvazov, xahiş edirəm, məsələ nəzarətə alınsın”.

Məlumat üçün qeyd edək ki, Ləman canlı yayımda “Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan” dedikdən sonra nalayiq ifadə səsləndirib.

 

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin