“TOGG” satışları kəskin azaldı
Türkiyədə avtomobil bazarında satışların azalması “TOGG” satışlarına da təsir edib.
BEY.AZ bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd edilir ki, Avtomobil Distribyutorları və “Mobility” Assosiasiyasının (ODMD) məlumatlarına görə, avqust ayında 601 ədəd “TOGG” satılıb. Bu, 2023-cü ilin iyul ayından bəri ən aşağı rəqəmdir.
“TOGG” satışları ilə bağlı ilk məlumatlar 2023-cü ilin may ayında ictimaiyyətlə paylaşılıb. Avtomobilin ilk ayda satışı 306 olub. Satışlar 2023-cü ilin sonuna qədər sabit bir yüksəliş yaşayıb, 2023-cü ilin dekabrında 6 min 11 ədədlə aylıq rekorda çatıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |