Toivo Klaar Azərbaycana gələcək
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Azərbaycana səfər edəcək.
Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
T. Klaarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.
Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir.