Torpaq zəbtinə görə açılan cinayət işlərinin sayı məlum oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Goranboy, İsmayıllı və Zaqatala rayonlarının ərazilərində qanunsuz ağackəsməyə görə üç cinayət işi, həmçinin Masallı və Bakının Xəzər rayonlarında yerin təkindən istifadə qaydalarının pozulması və torpaq zəbtinə görə də üç cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, aparılan araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə yaşıllıqların və meşə fonduna daxil olmayan ağacların kəsilməsi, qanunsuz qum-çınqıl hasilatının aparılması faktları təsdiqini tapıb.
Qanunsuz ağackəsmə və qum-çınqıl hasilatının aparılması hallarına aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində yol verilməsi müəyyən edildiyindən, faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.