fbpx

Torpaqların icarə qiyməti aşağı düşə bilər

Rüya Yorumları burda

Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Belə ki, gələn aydan etibarən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.

BEY.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

Qeyd edilib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq.

“Belə ki, torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar.

Rüya tabirlerini burdan oku

Digər tərəfdən, bu, sahibkarların xərcləri ilə yanaşı, torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18 faizlik vergi də nəzərə alınaraq, tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq, tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu, torpaqların icarə haqlarının aşağı düşməsinə səbəb ola bilər.

Bütövlükdə, bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək”, – deyə əlavə edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu