Toydan bir gün əvvəl qaş korreksiyası etdirən qız tanınmaz hala düşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
Qaş ustası toydan bir gün əvvəl gəlinin rəfiqəsinin görünüşünü pozaraq, uğursuz qaş korreksiyası edib.
Metbuat.az milli.az-a istinadən xəbər verir ki, müvafiq video onun TikTok hesabında yerləşdirilmişdi (hazırda video silinib).
Məlumdur ki, blogger Hanna Nouls tədbirə hazırlıq görüb və təyin olunan tarixdən iki gün əvvəl gözəllik salonunda prosedurlara yazılıb. Qadın onlardan birinin, yəni mum və qaşların rənglənməsinin nəticəsini videoya çəkərək istifadəçilərə göstərib. Belə ki, yerləşdirilən kadrlarda alında, göz qapaqlarında və burun nahiyəsində qızartı və yanıqlar nəzərə çarpırdı.
Sözügedən videoda Nouls istifadəçilərdən dərisini tez sağaltmağa kömək edəcək vasitə ilə bağlı məsləhət vermələrini xahiş edib. “Ad günümdən əvvəl almışdım”, “Toydan əvvəl kosmetikadan istifadə etməyin”, “Bunlar yanıq deyil, dəri qırıqlarıdır. Bu, sızanaq məhsulları, retinol və ya A vitamini olan məhsullardan istifadə edərkən baş verir. İstifadəsi dövründə epilyasiyanı mumla etməmək daha yaxşıdır”, – deyə şərhlərdə yazdılar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.