“Toylar kralıyam” – Elariz Məmmədoğlu biznesindən danışdı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Məndən başqa burada baş çıxaran olmaz”.
Metbuat.az xəbər verir ki, bu sözləri ABŞ-yə köçən müğənni Elariz Məmmədoğlu “Xoş gəldin” verilişində danışıb. O bildirib ki, uzun müddətdir Amerikadadır və öz biznesi var:
“Amerikada biznesim var, toylara da gedirəm. Biznesim var. Toylara gedirəm, həm konsertlərim təşkil edilir, həm də restoranda çıxışlarım olur. Toyda, konsertdə öz mahnılarımı oxuyuram. Amma restoranda ukraynalı üçün Ukrayna, yunan üçün yunan, gürcü üçün gürcü dilində mahnı oxuyuram”.
Müğənni bildirib ki, o, Amerikanın toylar kralıdır:
“Məndən başqa burada baş çıxaran olmaz. Amerikada 5 ildən çox yaşadıqdan sonra vətəndaşlıq üçün yaşamalısan. Mənim isə “Greencard”ım var, istənilən vaxt ABŞ-yə girib-çıxa blirəm. Amerikanın toylar kralıyam”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Toylar #kralıyam #Elariz #Məmmədoğlu #biznesindən #danışdı