Tramp amerikalılar üçün bunu ləğv edəcək
ABŞ-ın yeni Prezidenti Donald Tramp yay vaxtına keçidi lazımsız və bahalı hesab edir.
BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, “Truth”da yazıb.
Prezident bildirib ki, yay vaxtına keçid ədalətsizlikdir.
Onun sözlərinə görə, yay vaxtına keçmək amerikalılar üçün əlverişsiz və çox baha başa gəlir.
Xatırladaq ki, 2022-ci ildə ABŞ Senatı yay vaxtının daimi olmasını nəzərdə tutan qanun layihəsini qəbul edib, lakin o, prezident Co Bayden onu imzalamayıb.
Senator Marko Rubionun təklif etdiyi qanun layihəsi “Günəş şüalarından qorunma qanunu” adlanır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |