Tramp gələn həftə Zelenski ilə görüşə bilər
Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, gələn həftə ABŞ-yə səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tramp jurnalistin sualını cavablandırarkən “Böyük ehtimal ki, bəli”, – deyə qeyd edib.
Qeyd edək ki, Vladimir Zelenskinin Birləşmiş Ştatlara səfəri çərçivəsində ABŞ prezidenti Co Bayden və hər iki partiyanın Konqres üzvləri ilə görüşü planlaşdırılır.
Zelenski 2022-ci ilin fevralından bəri ikinci dəfə ABŞ-yə səfər edəcək. Onun Vaşinqtona son səfəri 2022-ci ilin dekabrında baş tutub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |