Tramp Kanadanın baş naziri Castin Trüdonu ələ saldı
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu ələ salıb.
BEY.AZ xəbər verir ki, o, Trüdoya “Kanadanın Böyük Əyalətinin qubernatoru” deyə müraciət edib. “Truth” sosial media hesabındakı paylaşımında Tramp, “Kanadanın Böyük Əyalətinin qubernatoru Castin Trüdo ilə nahar etmək çox xoş oldu”- deyə qeyd edib. Gömrük rüsumunun 25 faiz artırılmasının Kanada iqtisadiyyatına mənfi təsir edəcəyini bildirən Tramp, qubernatoru yenidən görməyi səbirsizliklə gözlədiyini deyib. O, Trüdo ilə gömrük tarifləri və ticarətlə bağlı müzakirələrini davam etdirəcəyini ifadə edib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp və Castin Trüdo Floridadakı Mar-a-Laqo malikanəsində görüşüb. Tramp prezident vəzifəsinə gələndən sonra Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |