Tramp sosial şəbəkəyə qayıtdı – Maskın Tvitter təklifini isə rədd etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp iki aylıq fasilədən sonra özünün yaratdığı TRUTH sosial sosial şəbəkəsinə qayıdıb.
Metbuat.az xəbər verir ki, eks-prezident sosial şəbəkədə “Mən qayıtdım” başlığı ilə fotosunu paylaşıb.
Tramp rəsmi təqdimatdan əvvəl TRUTH-dan yalnız bir dəfə istifadə edib.
Bundan əvvəl ona şirkət amerikalı iş adamı İlon Mask tərəfindən satın alındıqdan sonra bloklanmış hesabı bərpa etmək təklifi olsa da, Tvitterə qayıtmaqdan imtina edib.
“Mən Tvitterə qayıtmayacağam, TRUTH-da qalacağam”, – eks-prezident deyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.