Tribunada bayraq qalmaqalı – Klub öz azarkeşləri ilə üz-üzə gəldi
Şotlandiya təmsilçisi “Seltik”in səfərdə “Hearts”a 4-1 hesabı ilə qalib gəldiyi matçda “Seltik” azarkeşləri Fələstin bayrağı açıblar.
BEY.AZ xəbər verir ki, klub azarkeşlərin Fələstin bayrağı açmasına etiraz edib. Klubun açıqlamasında “Seltik”in siyasi təşkilat deyil, futbol klubu olduğu qeyd edilib. Məlumata görə, klub rəhbərliyinin tənqidlərinə rəğmən azarkeşlər Fələstini dəstəkləməyə davam edir.
Klubun açıqlamasına reaksiya verən “Seltik” Azarkeşlər Assosiasiyası açıqlamasında “Futbol azarkeşlərinin və sadə vətəndaşların cəmiyyətin digər təbəqələrində olduğu kimi, tribunalarda da öz siyasi fikirlərini ifadə etmək hüququna malik olduğuna inamımız sarsılmazdır. Bizə “Seltik” klubunun tarixini və ənənələrini aşağılayan elitist idarə heyətinin diktəsinə razı olmarıq” deyə bildirib.