fbpx

TRT canlı yayımı qəfil kəsdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


TRT-nin canlı yayımında müxbirin çıxışı qəfil kəsilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb vətəndaşlardan birinin etirazı olub.

Belə ki, Kahramanmaraşdan son xəbərləri çatdıran müxbir Fuad Kozluklu canlı yayımda olarkən bir vətəndaş kameranın önünə keçib. “Salam, soruşun, onları (dağıntılar altında qalanları – red) iki gün ərzində – 50 saat burada tək buraxdıqlarından razıdırlarmı?”, – deyə vətəndaşlardan biri etiraz edib. Bu anda isə canlı yayım kəsilib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Türkiyədə vətəndaşlar dağıntılar altında qalan insanlara edilən köməyin gecikməsinə etiraz ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dünən Adıyamanda çıxışı zamanı qeyd etmişdi ki, axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır: “İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”, – deyə Ərdoğan qeyd etmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#TRT #canlı #yayımı #qəfil #kəsdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu