“TRT”də görüntüsü ilə gündəm olan qız danışdı
Türkiyə və ABŞ voleybol millilərinin qarşılaşdığı matçda ekranlara yansıyan görüntüsüylə gündəm olan Nazlıcan İrem Köroğlu hadisə barədə ilk dəfə danışıb.
BEY.AZ türk mediasına istinadən xəbər verir ki, yayımladığı videoda həyat yoldaşı ilə birgə danışan türk azarkeş həmin anda kameraların onu çəkdiyinin fərqində olmadığını deyib:
“Kameralar nədənsə məni çəkib, amma mən bunun fərqində deyildim. Sadəcə bir dəfə gördüm, onda da telefona baxırdım. Anam mənə dəfələrlə “qızım, səni göstərirlər” deyə mesaj atıb, amma mesajı görməmişəm.
Dram yaratmağa ehtiyac yox idi. Sadəcə sevincimi paylaşmışam. Qalib gəldiyimiz üçün xoş xoşbəxt idim. Buna ehtiyac yox idi, amma edə biləcəyim bir şey yoxdur artıq”.
Hazırda ABŞ-də yaşayan Nazlıcanın həyat yoldaşı Kristian Krespo “Bu mövzu barədə nə düşünürsən?” sualının cavabında “Yaxşıydı, yəni oyunla əlaqədar olaraq sevincli idin. Naz mühitə enerji gətirir, mən sakitəm, o isə çılğındır” deyə cavab verib.
Qeyd edək ki, 3 iyunda ABŞ-nin Teksas ştatında Türkiyə və ABŞ milliləri qarşılaşmışdı və türkiyə 3:2 hesabı ilə qalib gəlmişdi. Oyunun Türkiyədəki yayımı zamanı sevinən türk azarkeşin sinəsinin efirdə görünməsi sosial mediada müzakirələrə səbəb olmuşdu. Hadisə ilə bağlı açıqlama yayan TRT yayımın ABŞ şirkəti tərəfindən həyata keçirildiyini və olayın özləri ilə bir əlaqəsi olmadığını bildirmişdi.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |