Kanadanın baş naziri Castin Trüdo istefa verdiyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, o, Liberal Partiyasının lideri və baş nazir vəzifəsini tərk edəcəyini açıqlayıb. Trüdo bildirib ki, yeni siyasətçi seçilənə qədər o vəzifəsində qalacaq. Trüdo istefa qərarından əlavə parlamentin işinin dayandırılacağını bildirib.
Qeyd edək ki, Liberal Partiyasının deputatları Castin Trüdonu istefa verməyə çağırmışdı. Buna səbəb ictimai rəy sorğularına əsasən xalqın partiyaya dəstəyinin azalmasıdır. İctimai rəy sorğularına əsasən müxalifət partiyası olan Mühafizəkarlar Liberal Partiyasını üstələyir. Ölkədə ərzağın qiymətinin artması, mənzil böhranı və digər iqtisadi səbəblərə görə Liberal Partiyasına dəstək azalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa