fbpx

Tükürpədici hadisə: Şagird məktəbə gələn anasını öldürdü – ŞOK VİDEO

Türkiyədə uşaq anasını güllələyib.

Samsunda ərindən boşanan 3 uşaq anası qəyyumluğu atasında olan iki övladının təhsil aldığı orta məktəbə gedib. 17 yaşlı oğlan qardaşlarının yanına getdiyini öyrəndiyi anasını tapança ilə öldürüb, anasının sevgilisini isə ağır yaralayıb.

Dəhşətli hadisə Samsunun Canik rayonu Belediyeevleri Məhəlləsində yerləşən Tofiq İleri Orta Məktəbində baş verib. Əldə edilən məlumata görə, ərindən ayrılan və uşaqlarının qəyyumluğu əri Əli Ö. ilə boşanan Zerrin Büyük (50) orta məktəbdə oxuyan 2 uşağını görmək üçün məktəbə gedib. Qəyyumluğu atanın himayəsində olan övladlarını anasının görmək istədiyi məktəb rəhbərliyinin telefon zəngi üzərinə Zerrin Büyükün 17 yaşlı oğlu A.A.Ö. O, məktəbə silahla gəlib və məktəbdə anasını tapança ilə başının iki yerindən güllələyib. Məktəbin bağçasında anasının dostu olduğu iddia edilən Bilgin İ.-yə (53) başından və sağ döş nahiyəsindən atəş açan A.A.Ö. hadisə yerindən qaçaraq Soğuksu səmtindəki evlərinə gedib.

 Oğlu tərəfindən başından vurulan Zerrin Büyük aparıldığı özəl xəstəxanada dünyasını dəyişib. Bilgin İ. Təcili yardım maşını ilə Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və müalicə olunub. Bilgin İ.-nin həyatının təhlükədə olduğu öyrənilib.

Anasını və anasının dostunu tapança ilə vuran A.A.Ö. və atası Əli Ö. Samsun Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi Cinayət Büro Komandirliyi qrupları tərəfindən qısa müddətdə evlərində cinayətdə istifadə edilən silahla birlikdə tutularaq nəzarətə alındı.  İşin istintaqı davam etdirilir. (oxu24.com)

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin