fbpx

Tunisdə batan gəmidəki azərbaycanlılar barədə AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


16 aprel 2022-ci il tarixində Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında iki Azərbaycan vətəndaşı olub.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Belə ki, qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin