Tünzalə Ağayeva Lənkəranda coşğu ilə qarşılandı
Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib.
BEY.AZ xəbər verir ki, tədbir “Shokki Mokki” və “Vuzuzela Media”nın dəstəyi ilə gerçəkləşib. “Məktəbim” layihəsinin səfiri olan pop ulduz bu dəfə Lənkəranda tamaşaçılarının qarşısına çıxıb. Ən sevilən hitlərini səsləndirən müğənnini lənkəranlılar böyük coşğu və izdihamla qarşılayıblar.
Pərəstişkarları pop ulduzla mahnıları birlikdə əzbərə söyləyiblər. Qırmızılara bürünən estrada ulduzu dinləyicilərinə xoş anlar yaşadıb.
Qeyd edək ki, pop ulduzun sözügedən layihə çərçivəsində növbəti çıxışı sentyabrın 19-u Sumqayıt şəhərində baş tutacaq.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |