fbpx

Tünzalə Ağayeva yeni klipini təqdim etdi



Xalq artisti Tünzalə Ağayeva “Zalım” adlı yeni layihəsini təqdim edib.

BEY.AZ xəbər verir ki, pop ulduzun yeni klipi işıq üzü görüb. Ekran işinin rejissoru fashion fotoqraf Röyal Səfərovdur. Mahnının söz və musiqisi bəstəkar Camal Qurbanova, aranjemanı isə Emin Karimova məxsusdur. Estrada ulduzunun klipdəki stylingi geyim üzrə mütəxəssis Elnarə de Birbuetə, makiyajı və saç düzümü isə stilist Sabir Bağırova aiddir.

Sevilən müğənni bu layihəsində də tanınmış gitara ifaçısı, ustad Rəhman Məmmədli ilə birgə çalışıb.

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Qeyd edək ki, klip Xalq artistinin doğum günü ərəfəsində təqim olunub. Pop ulduz həmin layihəni özünə ad gününə hədiyyə edib.

“Zalım” layihəsi Xalq artistinin şəxsi “Youtube” səhifəsində, eyni zamanda bütün digital platformalarda paylaşılıb.









ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin