“Turan Tovuz” “Şamaxı”nı məğlub etdi
Misli Premyer Liqasında XVI tura “Turan Tovuz” – “Şamaxı” oyunu ilə yekun vurulub.
BEY.AZ xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda ev sahibləri qələbə qazanıb – 3:2.
Qarşılaşmada hesabı qonaqlar açıb. 12-ci dəqiqədə Belajdi Pusi sabiq komandasını cəzalandırıb. Meydan sahiblərinin cavab qolu özünü çox gözlətməyib. 9 dəqiqə sonra Roderik Miller adını tabloya yazdırıb. Bununla belə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fasiləyə 6 dəqiqə qalmış növbəti qolun sevincini yaşayıb. Bu dəfə Edqar Adilxanov dəqiq zərbə müəllifi olub. Qərb təmsilçisi 60-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Alexandro Serrano penalti zərbəsindən fərqlənib. Tovuzluların qələbə qolunu Roderik Miller vurub. Panamalı futbolçu 90+4-cü dəqiqədə dublla yadda qalıb.
Bu nəticənin ardından “Turan Tovuz” 30 xalla üçüncü, “Şamaxı” isə 13 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”i, “Sumqayıt” “Neftçi”ni 2:0, “Zirə” isə ‘Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. “Sabah” və “Qarabağ” komandalarının dueli heç-heçə başa çatıb – 1:1.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |