Turizm sahəsində yeni dövlət standartları qəbul ediləcək
Azərbaycanda turizm sahəsində beynəlxalq təcrübə əsasında yeni dövlət standartlarının qəbul edilməsi nəzərdə tutulub.
BEY.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
“Hazırda Azərbaycanda turizm sahəsində 7 dövlət standartı var. Beynəlxalq təcrübədə isə İSO üzrə 57 standart mövcuddur. Hazırda yeni standartlar hazırlanır. Yəqin ki, onlar bu il qəbul ediləcək”, – deyə o qeyd edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |