fbpx

Türk bankları rus şirkətlərinə aid ödənişlərdən imtina etdi

Rüya Yorumları burda


Türkiyədə banklar Rusiya şirkətlərinin Aİ və digər ölkələrə ödənişlərindən kütləvi şəkildə imtina etməyə başlayıb.

BEY.AZ bildirir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb. Avropa bankları Rusiya biznesləri üçün malların ödənişini türk bankları vasitəsilə qəbul etməkdən imtina etməyə başlayıblar.

Eyni zamanda, mənbələrdən biri bildirib ki, Türkiyə vasitəsilə malların ödənişini həyata keçirməyə çalışarkən Bolqarıstandan olan təchizatçı “normal” ölkə vasitəsilə pul köçürməsini istəyib.

Qeyd olunur ki, Avropa bankları tərəfindən əməliyyat qaydalarının sərtləşdirilməsi səbəbindən Türkiyədəki maliyyə qurumları sentyabrın əvvəlindən tranzit ödənişlərindən imtina etməyə başlayıb. Hətta banka əlavə çatdırılma sənədlərinin verilməsi də problemi həll etmir.

Bildirilir ki, Türkiyədə həmişə Rusiyanın başqa ölkələrə köçürmələri ilə məşğul olan 2-3 bank olub, lakin indi hətta dollar, avro və yuanla edilən ödənişlərdə də problem yaranıb.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu