fbpx

Türk futbolçuya böyük təklif – İngiltərə klubu hərəkətə keçdi



“İnter” forması ilə böyük uğurlar qazanan Hakan Çalhanoğlu üçün yeni transfer iddiası ortaya atılıb.

BEY.AZ xəbər verir ki, “Mançester Yunayted” Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib. “İnterlive.it”in xəbərinə görə, növbəti transfer vaxtında İngiltərə klubu futbolçuya ciddi məvacibi olan müqavilə təklif edəcək. Bildirilir ki, Kazemiro uğursuz çıxış etdiyi üçün klub həmin mövqeyə yeni futbolçu transfer etmək istəyir. Xəbərdə İngiltərə komandasının 50 milyon avro aralığında təklif edəcəyi vurğulansa da, “İnter”in daha yüksək məbləğ tələb etdiyi qeyd edilir.

Qeyd edək ki, Hakan Çalhanoğlu daha əvvəl “Bavariya”nın təklifini rədd edib. Ötən mövsüm “İnter”lə 40 matça çıxan futbolçu, 15 qol vurub və 3 məhsuldar edib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin