fbpx

Türk iş adamları Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmağa dəvət edilib

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan hökuməti türk iş adamlarını Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları ilə tanış olmağa dəvət edib.

Metbuat.az xəbər verir ki, hökumətin çağırışını kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda səsləndirib.

“2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin yüksək iradəsi və rəşadətli ordumuzun əzmkarlığı sayəsində Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad edib. Bu qələbə həm də türk dünyasının qələbəsi olaraq türk birliyinin etno-siyasi coğrafiyasını bərpa edib. İşğal dövründə həmin ərazilər tamamilə dağıdılaraq yararsız hala salınıb. Məscidlər, mədrəsələr, digər tarix-mədəniyyət abidələri və evləri dağıdılıb, ərazilər minalanıb. Hal-hazırda həmin ərazilərdə böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınır”, – deyə o qeyd edib.

“Prezident İlham Əliyevin “yaşıl enerji zonası” elan etdiyi işğaldan azad olunan ərazilərimiz böyük aqrar potensiala malik olmaqla, 128 min hektar kənd təsərrüfatına yararlı torpaqlara sahibdir. İndi bizim əsas məqsədimiz həmin ərazidəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal,ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır. Təbii ki, biz bu işləri siz – iş adamları ilə birgə görmək niyyətindəyik və buna görə sizi Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları ilə yaxından tanış olmağa dəvət edirəm. Gözləntimiz odur ki, türk birliyindən olan iş adamları sıx əməkdaşlıq quraraq ölkələrimizin sahib olduğu ən yaxşı təcrübə və texnologiyaları işğaldan azad olunmuş ərazilərdə tətbiq etsinlər”, – deyə nazir əlavə edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Türk #iş #adamları #Qarabağ #və #Şərqi #Zəngəzura #investisiya #yatırmağa #dəvət #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu