Türk klublarının istədiyi Feliksə elçi düşdülər
“Çelsi” klubu “Atletiko Madrid”in futbolçusu Joau Feliks üçün 65 milyon avro təklif edib.
BEY.AZ xəbər verir ki, “Çelsi” bu məbləği mərhələli şəkildə ödəmək istəyir. Klub 35 milyon avronu indi, 30 milyon avronu isə gələcəkdə vermək niyyətindədir. Klublar arasında danışıqlar davam edir. İddialara görə, futbolçu “Çelsi”yə transfer olmağa razıdır.
Qeyd edək ki, Joau Feliks 2022/2023 mövsümündə icarə əsasında “Çelsi”nin formasını geyinib. Futbolçu ötən mövsüm “Barselona”da icarə əsasında çıxış edib. Felikslə Türkiyə klublarının da maraqlandığı irəli sürülmüşdü.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |