Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxarıb ata bilməz
BEY.AZ informasiya agentliyi xəbər verir
Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əslində də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.
Türkiyə Prezidenti deyib: “Eynilə Anadolu kimi, bura bizim də torpağımızdır. Eynilə Türkiyə kimi, bura bizim də Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura bizim də öz yurdumuzdur. Eyni ilə Türkiyənin hər bir qarışı da sizlərin Vətəninizdir, yurdunuzdur”.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxarıb ata bilməz. İki qardaşı heç bir məsafə ayıra bilməz, könüllərimiz arasında kimsə sərhəd çəkə bilməz.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.