fbpx

Türkan Şoray Mehriban Əliyeva ilə görüşündən danışdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyəli aktrisa Türkan Şoray Azərbaycanla bağlı xatirələrini bölüşüb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sənətkar “ATV səhər”ə danışıb.

O, birinci xanım Mehriban Əliyeva ilə 2012-ci ildəki görüşünü xatırlayıb: “Birinci xanım Mehriban Əliyeva məni evinə çay içməyə dəvət edib. Azərbaycanda gözəl xatirələrim olub. Ona bir kitab hədiyyə etdim. Hətta kitabı Azərbaycan dilinə tərcümə etdirmək təklifini verdi. Çox gözəl xatirələrim var. Azərbaycana müxtəlif illərdə üç dəfə gəlmişəm. Yenə gəlmək istəyirəm”.

Türkan Şoray ümummilli lider Heydər Əliyev haqqında da danışıb: “Heydər Əliyevlə tanış olmaq şansım olmayıb. Azərbaycanın ulu öndərini onun 100-cü ilində sayqı ilə anıram. Heydər Əliyev Türkiyə və Azərbaycan arasındakı sənət aləminin mehribanlaşması, türk ifaçıların ölkənizdə tanınması üçün çalışdı. Dilimiz, türkülərimiz, adətlərimiz eynidir”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkan #Şoray #Mehriban #Əliyeva #ilə #görüşündən #danışdı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin