fbpx

“Türkandakı “Daş yollar”ın dağıdılması ilə bağlı yerli icra orqanlarına müraciət olunub”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Sosial şəbəkələrdə yayılan görüntülər bir neçə ay əvvəl olub və tərəfimizdən yerli icra orqanlarına rəsmi müraciət ünvanlanıb.

Metbuat.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, Dövlət Xidməti görüntülərlə bağlı araşdırmanı davam etdirir:

Rüya tabirlerini burdan oku

“İstənilən halda, Dövlət Xidməti hazırda görüntülər barədə araşdırma aparır”.

O bildirib ki, “Kurqan çölü” (inv. № 500) və “Türkan yaşayış yeri” (inv. № 500) abidələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyəli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb:

“Həmçinin həmin ərazidə yeni aşkar olunmuş “Qədim araba yolunun qalıqları” abidəsi də Dövlət Xidməti tərəfindən mühafizə edilir. Eyni zamanda, kompleksə təhlükə yarada biləcək müdaxilələrin qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən yerli icra hakimiyyəti strukturlarına mütəmadi olaraq rəsmi qaydada müraciətlər edilib”.

Sektor müdiri onu da vurğulayıb ki, Mədəniyyət Nazirliyi tərəfindən “Qədim araba yolları”nın mühafizə zonası hazırlanıb:

“Kurqan çölü” və “Türkan yaşayış yeri” abidələri də araba yollarının mühafizə zonasına daxildir”.

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə sözügedən abidələrə zərər vurulması ilə bağlı görüntülər yayılıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu