fbpx

“Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” yaradılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türk dünyasının tarixi və mədəni irsindən bəhrələnərək, Türk dövlətləri arasında əməkdaşlıq əlaqələrinin artan xətlə inkişafını nəzərə alaraq, eyni zamanda bu əməkdaşlığın iqtisadi inkişaf və sosial rifaha öz töhfəsini verdiyini anlayaraq, həmçinin Türk dövlətlərinin banklar assosiasiyalarının yaxın və koordinasiya olunmuş əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçdiyini rəhbər tutaraq, 4 noyabr 2022-ci il tarixində, İstanbul şəhərində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb.

Metbuat.az-a Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, şuranın yaradılması ilə əlaqədər Anlaşma Memorandumuna Azərbaycan Banklar Assosiasiyası, Qazaxıstan Respublikası Banklar Assosiasiyası, Qırğızıstan Banklar İttifaqı, Özbəkistan Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi imza atıblar. Tədbirdə qonaq qismində Gürcüstan Banklar Assosiasiyası, Macarıstan Banklar Assosiasiyası və Şimali Kipr Banklar Assosiasiyası iştirak ediblər.

Şuranın əsas fəaliyyət istiqamətlərinə üzv ölkələr arasında məhsul və xidmətlərin, kapitalın hərəkətinin mütəşəkkil maliyyə-bank xidmətləri ilə müşayiətinin genişləndirilməsi, türkdilli dövlətlərin maliyyə qurumları arasında birbaşa müxbir münasibətlərin yaradılması da daxil olmaqla, maliyyə xidməti infrastrukturunun müasir informasiya texnologiyaları və beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi, üzvlərin maliyyə-bank qanunvericiliklərinin, o cümlədən normativ sənədlərinin təhlili və onların beynəlxalq standartlara uyğunluğu məsələləri sahəsində birgə əməkdaşlıq, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı sahədə əməkdaşlıq layihələrinin realizasiyası daxildir.

Rüya tabirlerini burdan oku

Şuranın toplantılarının ildə bir və ya iki dəfə olmaqla, növbəlilik prinsipi əsasında Şuraya üzv ölkənin ev sahibliyi ilə keçirilməsi və bu toplantılar çərçivəsində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu