Türkiyə aviaşirkətləri Tehrana uçuşları təxirə saldı
“Türk Hava Yolları” (THY) və “Ajet” aviaşirkətləri şənbəyə keçən gecə Tehrana uçuşları ləğv edib və ya vaxtını dəyişdirib.
BEY.AZ xəbər verir ki, bu barədə mülki aviasiya xəbərləri üzrə ixtisaslaşmış “HavaSosyalMedya” portalı məlumat yayıb. Ümumilikdə, söhbət İstanbul və Ankaradan 14 uçuşdan, eləcə də geri dönüş reyslərindən gedir.
THY aviaşirkəti bəyanat yayaraq səfərlərin İsrail ilə İran arasındakı gərginlik səbəbindən müvəqqəti dayandırıldığını bildirib. Uçuşların avqustun 3-ü səhər saatlarından etibarən həyata keçirilməsi gözlənilir.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |