fbpx

Türkiyə İrana xilasedici qruplar göndərdi


Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgəyə gecə görmə qabiliyyətinə malik helikopter ilə xilasedici qruplar göndərib.

BEY.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) paylaşımında bildirilib.

İlgili Makaleler

Məlumatda qeyd olunub ki, İran tərəfinin dəstək xahişi AFAD-a Türkiyə Xarici İşlər Nazirliyinin kanalları ilə daxil olub.

Qəza bölgəsinə Türkiyənin Van və Ərzurum vilayətlərindən 32 xilasedici ilə 6 nəqliyyat vasitəsi göndərilib. Həmçinin, Ankara, Diyarbəkir və Konya vilayətlərindən də ümumilikdə 45 xilasedici hazır vəziyyətə gətirilib.

AFAD rəhbərliyi İrandakı hadisələri diqqət mərkəzində saxladığını vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin