fbpx

Türkiyə klubu Ançelottiyə sürpriz təklif irəli sürdü



Volkan Dəmirəllə yollarını ayırdıqdan sonra məşqçi axtarışlarını davam etdirən “Hatayspor” “Real Madrid”in təcrübəli çalışdırıcısı Karlo Ançelottinin köməkçisi işləyən oğlu Davideyə təklif irəli sürüb.

BEY.AZ xəbər verir ki, “Hatayspor”un ilk hədəfi dinamik əcnəbi məşqçi ilə davam etməkdir. İlk hədəf Davide Ançelottidir. Hazırda “Real Madrid”də atası Karlo Ançelottinin rəhbərliyi altında köməkçi məşqçi kimi çalışan Davide ilə ilkin görüş keçirilib. Hələlik razılıq əldə edilməyib.

Məlumata görə, Davide Ançelotti ilə Fransa Liqasının komandalarından olan “Reyms” də maraqlanır.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin