Türkiyə klubuna sərt cəza – 18 xalı silindi
Türkiyənin 1-ci Liqa komandalarından olan “Yeni Malatyaspor”un 18, 2-ci Liqa təmsilçisi “Giresunspor”un isə 6 xalı silinib.
BEY.AZ xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama verib. Məlumata görə, FİFA İntizam Komitəsinin Trendyol 1-ci Liqa komandası “Yeni Malatyaspor”un 3 ayrı məsələnin hərəsindən 6 xal olmaqla ümumilikdə 18 xalı silinib. “Nesine” 2-ci Liqa təmsilçisi “Giresunspor”un isə 1 məsələdən 6 xalı silinib. “Yeni Malatyaspor” klubunun məsələ barədə açıqlamasında deyilir ki, xalların silinməsi iki il əvvəl klubda xidmət edən Marius Sumdica, Qabriel Marqarit və Kristina Petrlə bağlıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |