Türkiyə millisi hesabda önə keçdi
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda keçirilən Çexiya – Türkiyə matçında hesab açılıb.
BEY.AZ xəbər verir ki, Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçib,
Gürcüstan yığması isə hesabda öndədir – 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya – Türkiyə və Gürcüstan – Portuqaliya matçına start verilib.
BEY.AZ xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion”da və Helzenkirhendəki “Feltins Arena”da keçirilir.
Çexiya – Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan – Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.
Hər iki qarşılşama 23:00-da başlayıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |