Türkiyə millisinə pis xəbər – Ona iki oyunluq cəza verildi
UEFA Türkiyə millisinin müdafiəçisi Merih Demirala 2 oyunluq cəza verib.
BEY.AZ xəbər verir ki, buna səbəb futbolçunun 1/8 final mərhələsində Avstriyaya qarşı keçirilən oyunda (2:1) qol vurduqdan sonra “bozqurd” işarəsi göstərməsidir. Nəticədə Merih sabah 1/4 final mərhələsində Niderlanda qarşı matçda meydana çıxa bilməyəcək.
Məlumata görə, Türkiyə Futbol Federasiyası və futbolçunun özü İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |