Türkiyə millisinin Avro-2024 üçün genişləndirilmiş heyəti açıqlandı
Türkiyə millisinin Avro-2024 üçün genişləndirilmiş heyəti açıqlanıb.
BEY.AZ Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, heyətdə 35 futbolçu yer alıb. Baş məşqçi Vinçenzo Montellanın qərarı ilə iyunun 7-də genişləndirilmiş heyətdən 9 futbolçu çıxarılacaq və 26 nəfərlik heyət UEFA-ya bildiriləcək.
Qapıçılar: Altay Bayındır (“Manester Yunayted”), Doğan Alemdar (“Troyes”), Mert Günok (“Beşiktaş”), Uğurcan Çakır (“Trabzonspor”)
Müdafiəçilər: Mert Müldür, Çağlar Söyüncü, Ferdi Kadıoğlu (“Fənərbaxça”), Zeki Çelik (“Roma”), Abdülkerim Bardakcı (“Qalatasaray”), Ahmetcan Kaplan (“Ayaks”), Merih Demiral (“Əl-Əhli”), Ozan Kabak (“Hoffenhaym”), Samet Akaydın (“Panatinaikos”), Cenk Özkacar (“Valensiya”)
Yarımmüdafiəçilər: Berat Özdemir (“Trabzonspor”), Can Uzun (“Nürnberq”), Hakan Çalhanoğlu (“İnter”), İsmail Yüksek (“Fənərbaxça”), Kaan Ayhan (“Qalatasaray”), Okay Yokuşlu (“Vest Bromviç”), Orkun Kökçü (“Benfika”), Salih Özcan (“Borussiya” Dortmund)
Hücumçular: Abdülkadir Ömür (“Hall Siti”), İrfan Can Kahveci (“Fənərbaxça”), Yunus Akgün (“Lester”), Kenan Yıldız (“Yuventus”), Kerem Aktürkoğlu, Barış Alper Yılmaz (“Qalatasaray”), Oğuz Aydın (“Alanyaspor”), Arda Güler (“Real”), Bertuğ Yıldırım (“Renn”), Cenk Tosun, Semih Kılıçsoy (“Beşiktaş”), Enes Ünal (“Bornmut”), Yusuf Yazıcı (“Lill”)
Qeyd edək ki, Türkiyə millisi Avro-2024-də F qrupunda Çexiya, Gürcüstan və Portuqaliya ilə mübarizə aparacaq.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |