Türkiyə səfiri Azərbaycanı təbrik etdi
8 Noyabr – üçrəngli Azərbaycan bayrağının azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür.
BEY.AZ xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Qardaş Azərbaycan xalqını 8 Noyabr – Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət diləyir, yaxınlarına və döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı, uzun və sağlam ömür arzulayıram”, – diplomat qeyd edib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |