Türkiyə səfirliyi şəhidlərin xatirəsini yad etdi
Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım günü ilə bağlı paylaşım edib.
BEY.AZ xəbər verir ki, bu barədə səfirliyin “X” sosial media hesabında paylaşımda deyilir:
“Qardaş Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik!”
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.
Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |