fbpx

​Türkiyə səxavətli mövqe nümayiş etdirib

Rüya Yorumları burda

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Sudan xalqına səxavətli mövqe nümayiş etdirib.

BEY.AZ xəbər verir ki, Sudanın xarici işlər naziri Əli Yusuf belə açıqlama verib. O bildirib ki, ölkədəki münaqişələr nəticəsində infrastruktur, iqtisadiyyat, təhsil, səhiyyə kimi sahələrdə ciddi dağıntılar olub. Türkiyənin Sudanın suverenliyinə dəstəyini bütün platformalarda açıq şəkildə ifadə etdiyini bildirən Yusuf, Türkiyənin ölkəsinə siyasi dəstəyindən danışıb. Diplomat Sudanla bağlı probemlərin həll edilməsi üçün Ərdoğanın uğurlu siyasət yürütdüyünü ifadə edib. O, Ərdoğanın Türkiyənin Sudan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mübahisələrin həlli üçün vasitəçilik edə biləcəyi ilə bağlı təklifinə diqqət çəkərək, Sudanın bunu məmuniyyətlə qarşıladığını qeyd edib.

Qeyd edək ki, Sudanda ordu ilə üsyançılar arasında qarşıdurmalar davam edir. Tərəflər arasında hərbi islahatlar və inteqrasiya kimi məsələlərdə fikir ayrılıqları var. Münaqişələr nəticəsində 20 mindən çox insan həyatını itirib. Ölkəni tərk edənlərin sayı 3 milyonu keçib, 9 milyona yaxın insan isə ölkə daxilində didərgin düşüb. 25 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu