Türkiyə vətəndaşı Göygöldə öldü
Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb
Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.
BEY.AZ Report-a istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.
İlkin ehtimala əsasən, o, ürəktutmasından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |