fbpx

​Türkiyə vətəndaşlarını Livandan təxliyə edir

Rüya Yorumları burda


Türkiyə vətəndaşlarını Livandan təxliyə edən Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Mersin limanına gəlib.

BEY.AZ xəbər verir ki, təxliyə üçün iki gəmi göndərilib. İlk gəmi TCG Bayraktar ilə 558 nəfərin təxliyə edildiyi bildirilib. Məlumatda deyilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə gəmilər Livanı tərk etmək istəyən vətəndaşların təxliyyəsi üçün Livana gedib. Təxliyə əməliyyatı Xarici İşlər və Milli Müdafiə nazirliklərinin koordinasiyası ilə həyata keçirilib. Hərbi Dəniz Qüvvələri Komandanlığının TCG Sancaktar və TCG Bayraktar amfibiya gəmiləri bölgəyə 300 ton humanitar yardım çatdırıb. Daha sonra Türkiyə vətəndaşları Beyrut limanında lazımi yoxlamalar aparıldıqdan sonra həmin gəmilərə mindirilib.







ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu