Türkiyə yığmasının baş məşqçisi qələbəni şərh etdi
Daha dəqiq olmalıyıq, çünki həmişə bu qədər çox qol imkanı yarada bilməyəcəyik.
BEY.AZ xəbər verir ki, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində Gürcüstan komandasına qarşı keçirdikləri oyunu dəyərləndirərkən deyib:
İtaliyalı mütəxəssis komandanın performansından razı qaldığını söyləyib: “Final mərhələsinə layiq matç oldu. Qapıya 22 zərbə vurduq. Performansı yüksək qiymətləndirdim. Sonra bir az rahatlaşdıq. VAR ikinci qola icazə vermədi. Lakin bu gün 52 yaşıma keçdiyimə görə, ala biləcəyim ən yaxşı hədiyyə idi”.
Qeyd edək ki, Türkiyə – Gürcüstan qarşılaşması Türkiyə komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |