fbpx

Türkiyədə bələdiyyə sədri və sürücüsü öldürüldü

Rüya Yorumları burda


Türkiyənin Qırıqqala şəhərində Balışeyh rayonunun bələdiyyə sədri güllələnib.

BEY.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Silahlı hücum nəticəsində Balışeyh Bələdiyyə sədri Hilmi Şen və sürücüsü Mikayıl Çelikkol həyatını itirib, 3 nəfər yaralanıb.

Hadisə rayonun TOKİ mənzilləri ərazisində baş verib. Şübhəli E.Ş, Hilmi Şen (50), sürücüsü Mikayıl Çelikkol (40), Ömər Şengül (42), Koray Kaya (45) və adı bilinməyən şəxsi odlu silahla yaralayıb. Yaralılar ilkin tibbi müdaxilədən sonra Qırıqqala şəhərinə göndərilib.

Qırıqqala Yüksək İxtisas Xəstəxanasına çatdırılan yaralılardan Hilmi Şen və sürücüsü Çelikkol həkimlərin səylərinə baxmayaraq, həyatını itirib. Hücumda yaralanan digər 3 şəxsin müalicəsi davam edir.

Rüya tabirlerini burdan oku

Hücumu törətməkdə şübhəli bilinən şəxsin Hilmi Şenin qohumu olduğu məlum olub. Şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, Hilmi Şen 31 mart 2024-cü ildə keçirilən seçkilərdə Yenidən Rifah Partiyasından bələdiyyə başçısı seçilmiş, iyul ayında isə partiyasından istefa etmişdi.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu