fbpx

Türkiyədə meşə yanğınları başladı



Türkiyənin bir neçə əyalətində meşə yanğınları baş verib.

BEY.AZ türk mediasına istinadən xəbər verir ki, İzmirin Bornova rayonunda Beşyol məhəlləsindəki yanğın ətraf ərazilərə də yayılıb.

Hadisə nəticəsində yeddi evə ziyan dəyib. Yanğın səbəbindən Beşyol və Sarnış yaşayış məhəllələrindən insanlar təxliyə edilib. Yanğının söndürülməsi üçün hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub.

Qeyd edək ki, Balıkesir və Kahramanmaraşın Türkoğli və Pazarcık vilayətlərində də meşə yanğınları davam edir. Güclü külək yanğının söndürülməsinə əngəl yaradır.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin