Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb
2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 şirkət azdır.
BEY.AZ xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 315 milyon 345 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 453 milyon 560 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (156) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 127 milyon 515 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 94 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |