fbpx

Türkiyədə terror aktı törədənlərin birinin adı açıqlandı

Rüya Yorumları burda


Türkiyənin daxili işlər naziri Ali Yerlikaya oktyabrın 23-də Ankarada TUSAŞ müdafiə sənayesi zavoduna hücumda iştirak edən iki terrorçudan birinin adını açıqlayıb.

BEY.AZ Azərtac-a istinadən xəbər verir ki, nazirin sosial şəbəkələrdə yazdığına görə, PKK terror təşkilatının üzvü, “Rojger” ləqəbli Ali Örek terror aktında iştirak edib. İkinci iştirakçı olan qadının şəxsiyyəti müəyyənləşdirilir.

“Terror hücumları bizi qarşıya qoyduğumuz məqsədlərdən vaz keçməyə məcbur etməyəcək”, – deyən Yerlikaya terror aktı qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin yaralılara şəfa diləyib.

Bundan əvvəl terror aktı nəticəsində 5 nəfərin öldüyü barədə məlumat verilib.

Bu arada, Türkiyə Səhiyyə Nazirliyi paytaxtda törədilən terror aktı nəticəsində yaralanan 22 nəfərdən 8-nin müalicədən sonra xəstəxanalardan buraxıldığını bildirib.



Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu