Türkiyədən tarixi qələbə, Belçika Fransa ilə bacarmadı
UEFA Millətlər Liqasının IV turunda daha bir neçə oyun baş tutub.
BEY.AZ xəbər verir ki, turun ikinci oyun günündə Azərbaycanla yanaşı, Türkiyə yığması da meydana çıxıb.
B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə təmsilçisi səfərdə İslandiyanın qonağı olub. Qarşılaşma Türkiyə yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Maraqlı oyunlardan biri də Almaniyada keçirilib. A Liqasının 3-cü qrupunda yer alan Almaniya millisi doğma azarkeşlər önündə Niderlandla qarşılaşıb. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin digər rəqiblərindən İsveç səfərdə Estoniya yığması ilə üz-üzə gəlib. Oyun İsveç yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Millətlər Liqası
IV tur
14 oktyabr
A Liqası
II qrup
22:45. İtaliya – İsrail – 4:1
22:45. Belçika – Fransa – 1:2
III qrup
22:45. Almaniya – Niderland -1:0
22:45. Bosniya və Herseqovina – Macarıstan – 0:2
B Liqası
I qrup
20:00. Gürcüstan – Albaniya – 0:1
22:45. Ukrayna – Çexiya – 0:1
IV qrup
22:45. Uels – Monteneqrov- 1:0
22:45. İslandiya – Türkiyə – 2:4
C Liqası
I qrup
20:00. Azərbaycan – Slovakiya – 1:3
22:45. Estoniya – İsveç – 0:3
Qeyd edək ki, Millətlər Liqasında IV tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |