fbpx

Türkiyəli tanınmış müğənni HƏBS EDİLDİ

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“FETÖ”nün media strukturu ilə bağlı cinayət işində mühakimə olunan türk müğənni Atilla Taş “dövlət məmurunu təhqir etmək” və “dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmək” ittihamları ilə 2 il 2 ay 25 gün həbs cəzası alıb.

BEY.AZ NTV-yə istinadən xəbər verir ki, İstanbul 25-ci Ağır Cəza Məhkəməsi 8 mart 2018-ci ildə “FETÖ”nün media strukturu ilə bağlı “təşkilat üzvü olmaq” və “dövlət çevrilişinə cəhd” ittihamı ilə 20-si saxlanılan 29 müttəhimin mühakimə olunduğu işdə qərar qəbul edib. Prosesdə müttəhim Atilla Taş iştirak etməyib. Məhkəmədə onu vəkili Sevgi Kalan Güvercin təmsil edib.

Atilla “dövlət məmurunu təhqir etmə” maddəsi ilə 1 il 9 ay 25 gün, “dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmə” maddəsi ilə isə 5 ay həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, müğənni daha əvvəldə həbs edilib. O, “FETÖ” təşkilatına bilərək və istəyərək kömək etmə” səbəbilə 3 il 15 gün həbs cəzası alsa da daha sonra azadlığa buraxılıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Türkiyəli #tanınmış #müğənni #HƏBS #EDİLDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu