Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazandı
Azərbaycan əsilli türkiyəli atlet Ramil Quliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qennadiya Arzumanova Memorialında qızıl medal qazanıb.
BEY.AZ xəbər verir ki, 33 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, o, finiş xəttinə hamıdan tez – 20.4 saniyəyə çatıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |