fbpx

Türkiyənin vitse-prezidenti Milli Məclisin qərarını alqışlayıb

Rüya Yorumları burda

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan Respublikası Milli Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında qərarını alqışlayıb.

BEY.AZ xəbər verir ki, C.Yılmaz Lefkoşada jurnalistlərlə söhbətində işçi qrupunun fəaliyyətinin KKTC və Azərbaycanın rifahına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

“Bu gün mən bu xoş xəbəri bölüşmək istəyirəm: Azərbaycan ilə ŞKTC arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ümid edirik ki, onun fəaliyyəti iki qardaş dövlətin maraqlarına töhfə verəcək. Bu gün artıq belə deyirik: “Bir millət, üç dövlət”, – deyə C.Yılmaz vurğulayıb.

Ankaranın ŞKTC-nin maraqlarını dəstəkləmək kursunun dəyişməzliyini vurğulayan Türkiyənin vitse-prezidenti qeyd edib ki, Lefkoşa ilə ikitərəfli əlaqələrin inkişafı məsələsində müsbət addımlar Türk Dövlətləri Təşkilatı müstəvisində, o cümlədən Azərbaycan tərəfindən də qeydə alınır. Siyasətçi habelə, ŞKTC ilə beynəlxalq əlaqələrin inkişafı üçün yeni addımlar atmağa çağırıb.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu